ILGA-Avropanın hər il dərc etdiyi LGBTQİ+ hüquqları reytinqində ölkəmiz ardıcıl üçüncü ildir ki, eyni göstərici ilə sonuncudan əvvəlki sırada qalır. 2013-cü ildən bəri Azərbaycanın balı 7,65%-dən 2,25%-ə düşüb, bu isə o deməkdir ki, qanunvericilik və siyasət baxımından üç dəfədən çox geriləmə yaşanıb. Avropanın aparıcı LGBTQİ+ hüquq müdafiə şəbəkəsi olan ILGA-Avropa bu gün, 18-ci illik Göy qurşağı Xəritəsi hesabatını ictimaiyyətə təqdim edib.