İranda çörəyin kvota əsasında satışına qarşı etirazlar artır. Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, sosial şəbəkələrdə yayılan etiraz görüntüləri Urmiya və Həştrud şəhərlərində lentə alınıb. Urmiya şəhərindən olan deputat Seyid Salman Zakir də çörəyin kvota əsasında satılması ilə bağlı qərara etiraz edərək rəsmiləri tənqid edib.
Oxu.Az
Online/Digital
Oxu.Az news site , which is part of "Global Media Group", has been operating since July 2013. The purpose of creating the site is to present the most important and interesting news happening in the world and in the country to a wide audience. Source
Actions
Media Outlet details
| Scope | Local |
|---|---|
| Language | Azerbaijani, English, Russian, Turkish |
| Country | Azerbaijan |
|
Similarweb UVM |
Request pricing |
|
Comscore UVM |
Request pricing |
Recent Articles
Search Articles"Bavariya"dan gözlənilməz xal itkisi - Video
Almaniya Bundesliqasının 2026/2027 mövsümünün X turu çərçivəsində "Bavariya" və "Köln" komandaları arasında keçirilən qarşılaşma heç-heçə ilə başa çatıb. Oxu.Az xəbər verir ki, Münhendəki "Arena Münhen" stadionunda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. Bu, Münhen təmsilçisinin baş məşqçisi Vensan Kompaninin xəstəxanadan evə buraxılmasından sonra komandasının keçirdiyi ilk oyun olub. Matçın 12-ci dəqiqəsində "Köln"ün hücumçusu Mayki Mur hesabı açıb.
Azərbaycanda qadın abort zamanı öldü
Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib. Oxu.Az-ın məlumatına görə, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətində problem yaranıb və o, həyatını itirib. Mərhumun meyiti ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizaya təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, bu, qadının üçüncü hamiləliyi olub. Onun iki azyaşlı övladı qalıb.
Fransada polislərə odlu silahdan istifadə ilə bağlı yeni hüquqi təminat verilir
Fransa Senatı (parlamentin yuxarı palatası) polis və jandarm əməkdaşlarının odlu silahdan istifadəsinin qanuniliyinə dair prezumpsiyanı nəzərdə tutan qanun layihəsini yekun olaraq qəbul edib. Oxu.Az "Agence France-Presse" agentliyinə istinadən xəbər verir ki, sənədin lehinə 205, əleyhinə isə 110 senator səs verib. Mərkəz-sağ Respublikaçılar Partiyasının deputatı Erik Poje tərəfindən irəli sürülən təşəbbüs daha əvvəl parlamentin aşağı palatası olan Milli Assambleyada da təsdiqlənib.
Şəmkirdə qan çanağına çevrilən yol: "Burada iki nəvəm öldü" - Video
Şəmkir rayonunda dörd kəndi birləşdirən avtomobil yolu yenidən qurulsa da, sakinlərin sevinci yarımçıq qalıb. Belə ki, yeni asfalt örtüyü çəkildikdən sonra yolda sürət həddini aşan sürücülərin sayının artdığı, bunun isə ağır yol-nəqliyyat hadisələrinə səbəb olduğu bildirilir. Oxu.Az xəbər verir ki, sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək avtomobil yolunda sürət həddinə nəzarətin gücləndirilməsini tələb ediblər.
"GTA VI" satışa çıxan kimi rekord qırdı: 24.5 milyon nüsxə, fantastik gəlir
"GTA VI" oyununun satışından və ilkin sifarişlərindən əldə olunan gəlir bir gün ərzində 2,36 milyard dolları ötüb. Oxu.Az xəbər verir ki, bu barədə "Sensor Tower" analitik şirkətinin statistik məlumatlarında bildirilib. Məlumata görə, bir gün ərzində oyunun 24,58 milyondan çox nüsxəsi satılıb. Alıcıların təxminən 75 faizi "GTA VI"nın "PlayStation 5", 25 faizi isə "Xbox" versiyasına üstünlük verib.
Əməkdar müəllim vəfat etdi
Əməkdar müəllim Səməd Həsənov 52 yaşında vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Şəhər Təhsil Şöbəsi məlumat yayıb. Bildirilib ki, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin tarix müəllimi Səməd Həsənov uzun sürən onkoloji xəstəlikdən sonra həyatını itirib. Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın Qaynar xətt: (055) 224 12 12
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu - Video
Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, VAZ-2107 və BMW markalı minik avtomobilləri toqquşub. Qəzanın başvermə səbəbi, xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur. Hadisənin təfərrüatı dəqiqləşdirilir. Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın Qaynar xətt: (055) 224 12 12
Rusiya Ukraynada şəhər mərkəzini ballistik raketlə vurdu: Yaralılar arasında üç uşaq da var - Video
Noyabrın 20-də axşam saatlarında Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinin mərkəzinə ballistik raketlə zərbə endirib. Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın NV nəşri məlumat yayıb. Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanzanın sözlərinə görə, hücum nəticəsində yaralananların sayı 20 nəfərə çatıb. Xəsarət alanlar arasında üç uşaq da var. Yeddi yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Səudiyyə Ərəbistanı Pro Liqasının IX turunda "Əl-Əhli" və "Əl-Nəsr" komandaları üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, Ciddə şəhərindəki "Kral Abdullah Sports Siti" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşün baş hakimi Sami Əl-Naci olub. Matçda hesabı 14-cü dəqiqədə "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo açıb. Bu qol portuqaliyalı ulduzun karyerasında 986-cı olub.